Çia toxumu (Lat.:Salvia hispanica.)
Çia toxumları (salvia hispanica) sağlam qidalardan biri olduğu üçün son illərdə ən çox tələbat yaranan bitkiyə çevrilmişdir. Asanlıqla həzm olunan və reseptlərə əlavə olunan çox yönlü tərkib hissəsinə malikdir. Kiçik ölçülü olmasına baxmayaraq, Çia toxumları antioksidantlar, Omeqa-3 yağ turşuları, lif, dəmir, kalsium, fosfor, maqnezium, manqan, mis, sink və niasin kimi və s. vacib minerallarla zəngindir. Təxminən 2 xörək qaşığı Çia toxumunun tərkibində 139 kalori, 4 qram protein, 9 qram yağ, 12 qram karbohidrat və 11 qram lif, həmçinin vitamin və minerallar var. Çia toxumları Çia bitkisindən alınan kiçik qara toxumlardır. Bu bitki Meksikanın mərkəzində və cənubunda bitir. Çia mayya dilində “güc” deməkdir və onun toxumları yüksək kaloriyə malik olduğu üçün “idmançıların qidası” kimi tanınır. Bu toxumun faydalarını saymaqla bitmir.
Faydaları:
- orqanizmin günlük protein ehtiyacını qarşılayaraq bədənə enerji verir,
- immuniteti gücləndirir,
- həzm sistemini nizamlayır,
- qəbizliyi aradan qaldırır,
- şəkərli diabetdə xeyirlidir,
- xolesterini normallaşdırır,
- yüksək qan təzyiqini aşağı salır,
- ürəyi qüvvətləndirir,
- sürətli yağ əritməni və arıqlamanı təmin edir,
- xərçəng hüceyrələrinin böyüməsinə mane olur.
Satış qaydası:
Məhsul topdan satılır, minimum satış həcmi 10 kq-dır. çatdırılma var.
Diqqət !
İstifadə edərkən həkiminizlə məsləhətləşməyi unutmayın.









