Zəncirotu


  • 0.00₼



Bu məhsulun minimum sifariş miqdarı: 5

Zəncirotu

Elmi olaraq “Taraxacum officinale” kimi tanınan zəncirotu dünyanın müxtəlif yerlərində geniş yayılmış yabanı bitkidir. Bu bitkinin yarpaqları, çiçəkləri və kökləri salatlarda, çaylarda və bitki mənşəli dərmanlarda istehlak edilə bilər. Zəncirotunun yarpaqları A, C və K vitaminləri, kalium və dəmir kimi minerallarla zəngindir. Bu bitki qaraciyər funksiyasını dəstəkləmək və toksinlərin bədəndən çıxarılmasını təşviq etmək üçün istifadə edilə bilər. Yüngül sidikqovucu təsiri və iştahı artırması ilə qəbizlik və şişkinlik kimi problemləri aradan qaldırmağa kömək edir. Stresslə mübarizə aparan və xroniki xəstəlik riskini azalda bilən antioksidant birləşmələrə malikdir.Tərkibindəki C vitamini sayəsində immunitet sistemini gücləndirə və infeksiyalarla mübarizə aparmağa kömək edə bilər. Bəzi ilkin tədqiqatlar bu bitkinin xərçəng əleyhinə xüsusiyyətlərə malik ola biləcəyini də irəli sürüb. Qan şəkərini tənzimləmək üçün mütəmadi olaraq zəncirotu çayı istehlak edə bilərsiniz. Zəncirotu südü dəri xəstəliklərində, göbələk və mikrob infeksiyalarının təmizlənməsində əvəzsizdir. O, özündə bakterisid, insektisid və funqisid xüsusiyyətlərini daşıyır, ekzema, qaşınma və digər dəri xəstəliklərinin öhdəsindən yaxşı gəlir. Həkimlər Antarktidadan başqa dünyanın hər yerində bitən bu bitkinin xəstəliklərlə effektiv mübarizəsi qarşısında ənənəvi tibbin aciz olduğunu bildirir və hər kəsin ondan istifadəsini tövsiyə edirlər. Lakin bəzi insanların zəncirotuna alergiyası ola bilər, dəri səpgiləri və ya tənəffüs problemləri ilə qarşılaşa bilər. Sağlamlığınızla bağlı atacağınız hər bir addımda həkiminizlə məsləhət vacibdir.

Faydaları:

• ödqovucu xassəyə malikdir,
• qanı təmizləyir,
• qanazlığı olan insanlar üçün faydalıdır,
• bədəni qüvvətləndirir ,
• orqanizmin immun sistemini gücləndirir.
• dərini təmizlənməsində faydalıdır,
• üzdə olan sızanaq problemləri aradan qalxır.
• həzmi yaxşılaşdırır,
• iştahanı artırır,
• maddələr mübadiləsinin tənzimlənməsi üçün zəncirotu ən yaxşı vasitələrdən biridir.

Satış qaydası:

Məhsul topdan  satılır, minimum satış həcmi 5 kq-dır. çatdırılma var.

Sertifikatlar:

Məhsul "AQTA" sertifikatına  malikdir. Sertifikata aşağıdakı QR kodu oxutmaqla və yaxud bu linkə keçid  etməklə baxa bilərsiniz.


Diqqət !

İstifadə edərkən həkiminizlə məsləhətləşməyi unutmayın.

Oxşar məhsullar